Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkəmizin təmiz ətraf mühit və "yaşıl" enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib. Eyni zamanda SOCAR-ın BƏƏ-nin ADNOC və Masdar şirkətləri ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.
Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr apardıq", - deyə paylaşımda qeyd olunub.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Dr. Sultan Əhməd Əl-Cabiri ölkəmizdə qarşılamaqdan məmnun olduq. #Azərbaycan-la #BƏƏ-nin #iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, #energetika sahəsində fəal əməkdaşlığın təşviqi və #COP29… pic.twitter.com/JZWUm62mHz
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 10, 2024