İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə videokonfrans formatında görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Keçirilən görüşdə hər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparılıb.
🇦🇿🇭🇺 Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında #iqtisadi-#ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-#investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi apardıq.… pic.twitter.com/Kmf9G9Y6e4
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2023