Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa işləri naziri Orhan Murtezani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Keçirdiyimiz görüşdə ölkələrimizin energetika, investisiyalar, ticarət, turizm və aqrar sahə üzrə birgə fəaliyyətinin təşviqi perspektivlərini qeyd etdik. Əməkdaşlıq sahələrinin şaxələndirilməsinin ölkələrimiz üçün ortaq faydalarını dəyərləndirdik".
Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin Avropa işləri naziri Orhan Murtezani (@OMurtezani) ilə keçirdiyimiz görüşdə ölkələrimizin energetika, #investisiya-lar, #ticarət, #turizm və aqrar sahə üzrə birgə fəaliyyətinin təşviqi perspektivlərini qeyd etdik.… pic.twitter.com/A82EboVAGo
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 21, 2025