Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Mikayıl Cabbarov: "Sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər"](https://images.oxu.az/2025/02/13/7BEfdhR0U5P6B4WfDKn64OqtmTrppI4uWtWtF4nH:1200.jpg)
Mikayıl Cabbarov: "Sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər"
"Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etməliyik".
Oxu.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir:
"Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hədəfləri ilə uzlaşır".
M.Cabbarov, həmçinin qeyd edib ki, rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir:
"Texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər".
"Vergi sisteminin inkişafı üzrə qət etdiyimiz məsafə, vergi ödəyicilərinin məmnunluğu qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Gələcəyə hədəflənən aydın strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcudluğu bunun təminatı kimi çıxış edir. Birlikdə daha uğurlu nailiyyətlərə imza atacağımıza inam yüksəkdir. Biz xidmət səviyyəsini artırmalı, sahibkarlıq mühitini daha da yaxşılaşdırmalıyıq", - deyə nazir vurğulayıb.
![](https://img.youtube.com/vi/mXd6JSaG6VU/sddefault.jpg)
Məhərrəm Əliyev
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Nazir: "Yaşıl enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyi var"
- İqtisadiyyat naziri: "Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir"
- Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var"
- SOCAR-ın builki büdcəsi təsdiq olunub
- Mikayıl Cabbarov vergi xidməti işçilərinin peşə bayramını təbrik edib