Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Türkmənistan naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
Bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ortaq fəaliyyətinin və iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə etdik və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.
🇦🇿🇹🇲 Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ortaq fəaliyyətinin və #iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə… pic.twitter.com/36nMla81bT
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 4, 2023
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- SOCAR və "Union Energy" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- Azərbaycan və İsrail investisiya əməkdaşlığının prioritetlərini müzakirə ediblər
- SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb
- İsrail prezidenti Mikayıl Cabbarovu qəbul edib