Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov: “Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”
“Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov pandemiyanın təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyib.
Nazir bildirib ki, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdırlar:
“Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir”.
M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir:
“Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.
Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
- Mikayıl Cabbarov İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib