Azərbaycanlı müğənni, “Ağbaba” qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub.
Mərhumun bacısı Səbinə İsmayılovanın Oxu.Az-a verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib.
Yəni mərhum koronavirus səbəbindən ölməyib.
:640.jpeg)
Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı.
Səbuhi Musayev