2014-cü ilin yeddi ayı ərzində Azərbaycana 38 338 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 920 ədəd və ya 34,19% azdır.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində 198 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 34 618 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 263 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 259 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Gülnarə Zeynalova
www.oxu.az