Dövlət Statistika Komitəsi (DSK) işsizlik status alan vətəndaşların sayını açıqlayıb. Bu ilin ilki 4 ayında məşğulluq xidməti orqanları 35 min 854 nəfərə rəsmi olaraq işsiz statusu verib.
Ancaq onlardan cəmi 5 min 495 nəfərə işsizliyə görə müavinət verilir.
Oxu.Az xəbər verir ki, Fins.az işsizliyin daha çox hansı bölgələrdə olduğunu araşdırıb. DSK-nın məlumatına görə, işsizlik statusu alanların ən çoxu Bakının payına düşür. İşsizlərin 16 min 411 nəfəri paytaxtda qeydə alınıb.
Buna görə də işsizlik müavinəti alanların da çoxu Bakıdadır - 2 min 211 nəfər. İşsiz statusu alanların sayına görə ikinci yerdə Aran iqtisadi rayonudur – 7 min 848 nəfər. Gəncə-Qazax bölgəsində isə cəmi 2 min 515 nəfər işsiz kimi qeydə alınıb. Digər bölgələrin ardıcıllığı isə belədir:
Yuxarı Qarabağ iqtisadi rayonu – 1596 nəfər
Kəlbəcər-Laçın iqtisadi rayonu – 1416
Quba-Xaçmaz iqtisadi rayonu – 1377
Şəki-Zaqatala iqtisadi rayonu – 1065
Lənkəran iqtisadi rayonu – 1029
Dağlıq Şirvan iqtisadi rayonu – 683
Naxçıvan Muxtar Respublikası - 0
Rayonlar üzrə paytaxtdan sonra ən çox işsiz vətəndaş Mingəçevirdə qeydə alınıb – 1778 nəfər. Siyahıda ikinci yerdə Bərdə rayonudur. Burada 1689 nəfər işsiz kimi qeydiyyata alınıb.
Maraqlıdır ki, ötən ilin yekuna aid olan statistikaya görə, ən çox yeni iş yeri Bərdədə yaradılıb.
Ən az işsiz isə Daşkəsən rayonunda qeydə alınıb. Burada cəmi 9 nəfər işsiz var. Füzulidə isə bundan 2 dəfə çox - 18 nəfər işsizlik status alıb.
İşsizliyə görə ən az müavinət alanlar da həmin rayonların payına düşür. Belə ki, Daşkəsəndə işsizlik müavinəti alan şəxslərin sayı 4 nəfər, Füzulidə idə 5 nəfərdir.
Paytaxtdan sonra ən çox işsizlik müavinəti alanlar Sumqayıtdakı işsizlərdir. Onların 420 nəfərinə müavinət verilir. Gəncədə içsizlik müavinəti alanların sayı 158 nəfər, Abşeronda 139 nəfər, Şirvanda 127 nəfər, Mingəçevirdə isə cəmi 116 nəfərdir.
Digər rayonların tam siyahısı isə belədir:
U.A.
www.oxu.az