Naxçıvan Muxtar Respublikasının (NMR) Kənd Təsərrüfatı Nazirliyinin (KTN) regional dövlət aqrar inkişaf mərkəzləri yaradılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı NMR Ali Məclisinin sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb.
Həmin fərmanla nazirliyin tərkibində Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi yaradılıb.