"Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Məşğulluğa Dəstək Layihəsi özünüməşğulluq proqramının genişləndirilməsində və əhalinin sosial rifahının yüksəldilməsində mühüm əhəmiyyətə malikdir".
Oxu.Az xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, ötən dövr ərzində layihə uğurla icra edilib, 26 min nəfər aktivlərlə təmin olunub:
"2026-29-cu illəri əhatə edəcək layihənin ikinci mərhələsində isə daha 30 min benefisiara dəstək göstərilməsi nəzərdə tutulur".
Aygün Mirakif