Əfsanəvi jurnalist, "Pulitzer" mükafatı laureatı Piter Arnett 91 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, "Associated Press" onun ölüm xəbərini oğlu Endryu Arnettə istinadən yayıb.
"Associated Press" üçün Vyetnam müharibəsi haqqında hazırladığı beynəlxalq reportajlara görə 1966-cı ildə "Pulitzer" mükafatını qazanmış jurnalist Peter Arnett Nyuport-Biçdə, dostlarının və ailəsinin əhatəsində vəfat edib", - deyə E.Arnett bildirib.
Agentliyin məlumatına görə, jurnalist bir neçə gün xərçəng xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulan hospitalda qalıb.
1934-cü ildə Yeni Zelandiyada anadan olan Arnett, Vyetnam müharibəsi və İran körfəzi müharibəsi haqqında reportajları ilə şöhrət qazanıb. O, "Associated Press" və CNN-də çalışıb, 1995-ci ildə 35 illik müharibə müxbiri karyerası haqqında avtobioqrafiya dərc edib.