“Növbəti ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır”.
Oxu.Az xəbər verir ki, bunu “APA-Economics”ə energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır:
“Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, bu il dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb.
U.A
www.oxu.az