Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazir müavini: "İqlim fəsadlarının 90%-i su vasitəsilə insanlara ötürülür"
"İqlim fəsadlarının 90%-i su vasitəsilə insanlara, təbiətə, digər canlılara ötürülür".
Oxu.Az xəbər verir ki, bunu COP29-Azərbaycan üzrə baş icraçı direktor, energetika nazirinin müavini Elnur Soltanov "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Su və gender bərabərliyi" mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda iqlim dəyişikliklərinin əsas səbəbi istixana qazlarıdır:
"İstixana qazlarının yaratdığı fəsadlar özünü daha çox su da göstərir. İqlim dəyişikliklərinin fəsadlarının insanlara ötürülməsinin ən ciddi vektoru sudur. Okean səviyyəsinin qalxması, şirin su ehtiyatının azalması, quraqlıq, tufan, qasırğa və s. bunların hər biri su ilə bağlıdır".
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"