Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir “uşaq pulu”ndan danışdı: “Beş illik olsa, 18 milyard manat xərclənməlidir”
Bu gün Azərbaycanda “uşaq pulu ödənilmir” demək düzgün deyil.
Oxu.Az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin iclasında deyib.
O bildirib ki, “uşaq pulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib:
“Bu ödəniş də bugünkü pulla iki manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 200 manatdır. O dövrdə ödənilən iki manat hara, bu gün ödənilən 200 manat hara?!”
Nazirin sözlərinə görə, bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır:
“Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir. 18 yaşınadək Azərbaycanda 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə, 3,3 milyard manat vəsait edir.
“Uşaq pulu” kimi proqramlar isə 1-2 illik olmur. Ən azı beş illik olur. Bu, o deməkdir ki, bu işə 18 milyard manat vəsait xərclənməlidir”.
Aqşin Kərimov
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
- Sabiq xanım deputata vəzifə verildi
- Parlamentdə ucuz şou: Deputatların "odlu-alovlu" populizmi