Deputat Tahir Kərimli büdcə zərfinin müzakirəsində ölkədə qiymət siyasətinə toxunub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Tarif Şurasının tərkibinə nazir müavinlərinin də daxil olduğunu deyib: “Hər dəfə gözləyirik ki, nə qiymət dəyişikliyi olacaq? Mərkəzi Bankın sədri burada dedi ki, manatın qiyməti xarici şoklardan asılıdır. Mən çox narahatam. Biz bilmirik ki, yanacağın qiyməti artacaq ya yox? Çünki yanacağın qiyməti artsa, bu digər sahələrə də təsir edəcək. Mən təklif edirəm ki, Tarif Şurasına ya nazirlərin özü daxil olsun, ya da hökumət özü qiymət siyasətini müəyyən etsin”.
L.Ə.