Dünya birjalarında neftin qiyməti düşüb.
Oxu.Az xəbər verir ki, elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,54 dollar ucuzlaşaraq 44,98 dollar olub.
Brent markalı neft 0,57 dollar dəyərdən düşərək 47,54 dollar təşkil edib.
Neftlə bərabər, qızıl da ucuzlaşıb. COMEX-də qızılın unsiyası 3,40 dollar dəyərdən düşüb. Hazırda qiymətli metalın unsiyası 1 219,90 dollardır.
L.Ə.