Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Neftçilər Günü ilə bağlı "Dörd dost" adlı videoçarx hazırlandı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il sentyabrın 20-si ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur. Neft Daşlarında ilk neftin çıxarılmasının 75-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Dörd dost" adlı videoçarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, videoçarxda neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edən "Bəxtiyar" filminin müasir versiyada səhnələri canlandırılıb.
Film "Neft Daşları"nda müxtəlif sahələrdə çalışan 4 dost neftçinin həyatından bəhs edir. Filmdə məşhur "Bəxtiyar" filmindən bəzi süjetlər təkrarlanır. Əsas məqsəd zəhmətkeş neftçilərin əzmkar fəaliyyətini təqdim etmək və şirkətin əsas prinsiplərindən olan "SOCAR Ailəsi" yanaşmasını izləyicilərə çatdırmaqdır. Dostluq, ailə mühitində çalışmaq hər bir uğur hekayəsinin təməlini təşkil edir.
Görüntüləri təqdim edirik:
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb
- Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verib
- "Azneft" İstehsalat Birliyində təhlükəsizlik tədbirləri gücləndirilib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- "Sumqayıt" klubunun prezidenti vəzifəsindən ayrılır?