Azərbaycan nefti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,68 dollar və ya 3,52% ucuzlaşıb. Nəticədə dünya bazarına çıxardığımız neftin dəyəri 46,01 dollar təşkil edib.
Qeyd edək ki, dünya bazarında neftin qiyməti düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,11% azalaraq 43,46 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,20% azalaraq 45,93 dollar olub.
L.Ə.