Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,07% azalaraq 55,19 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,42% ucuzlaşaraq 52,41 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 55,26 və 52,92 dollar təşkil etmişdi.
U.A.
www.oxu.az