OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətini uzatması neft ehtiyatlarını azaldacaq və neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, belə bir proqnozla ABŞ-ın "Goldman Sachs" bankının analitikləri çıxış edib.
Bildirilir ki, 2018-ci il üçün "Brent" markalı neftin qiyməti üzrə proqnozunu 58 dollar/bareldən 62 dollar/barelə, WTI markalı neft üzrə isə 55 dollar/bareldən 57,5 dollar/barelə yüksəldib.
2019-cu il üçün "Brent" üzrə proqnoz 58 dollar/bareldən 59,5 dollar/barelə, 2020-ci il üçün isə 53 dollar/bareldən 54,5 dollar/barelə artırılıb.
L.Ə.