Dünya bazarlarında neftin qiyməti 4%-ə qədər bahalaşıb.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London birjasında Brent markalı neft 4,22% bahalaşaraq bareli 52,87 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 3% artaraq 47,45 dollara satılıb.
Qeyd olunur ki, qara qızılın qiymətinin artmasına Meksika körfəzində Harvi qasırğasından sonra hasilatin azalması səbəb olub.
S.B.
www.oxu.az