Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, İCE London birjasında Brent markalı neft 7,9% bahalaşaraq bareli 51,7 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 8,29% bahalaşaraq 48,98 dollara satılıb.
Qeyd edək ki, sonuncu dəfə Brent markalı neftin qiyməti bu ilin oktyabrın 28-də 51 dollar səviyyəsinə çatmışdı.
09:00
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin yanvar fyuçerslərinin qiyməti 0,95% artaraq bir barelə görə 46,82 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,69% bahalaşaraq 45,54 dollara satılıb.
U.A.
www.oxu.az