Dünya birjalarında neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar artaraq 42,55 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 44,83 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti də artıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,26 dollar qalxaraq 46,27 dollar təşkil edib.
L.Ə.