2016-cı ildə “NƏSİMİ BAZARI” ASC 2391 manat vergi ödəyib.
Oxu.Az ASC-nin 2016-сı il üçün illik hesabatına istinadən xəbər verir ki, bazarın qısamüddətli kreditor borcları 5179 manat təşkil edib. Cəmi ödəlikləri isə 7570 manat olub.
Bazarın mənfəəti 8 dəfəyə qədər azalıb.
2015-ci ildə əməliyyat gəlirləri 303265 manat olan bazarın 2016-cı ildə gəlirləri 234731 manat təşkil edib. Eyni zamanda, bazar 2015-ci ildə 61056 manat mənfəət əldə etmişdisə, ötən il bu rəqəm 8134 manat olub.
Hesabat dövründə xalis mənfəət 6507 manat təşkil edib. 2015-ci ildə həmin rəqəm 48845 manat idi.
Bazarın işçi heyəti üzrə xərclərinə gəlincə, 2015-ci ildə 153297 manatdan 2016-cı ildə 148899 manata düşüb.
L.Ə.