2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin cari dövrünə nisbətən 102,9 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.
Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 102,6 faiz təşkil edib.

2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin sentyabr ayına
nisbətən 104,3 faiz olub.