Dünən, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev “Fiziki şəxslərin banklar və digər kredit təşkilatlarında olan əmanətləri üzrə faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, bu qanun 1 il ərzində əmanətlər üzrə gəlirlərə qarşı sıfır vergi tutulmasının tətbiqini nəzərdə tutur.
Beləliklə, vergi tətilləri cari ilin 1 yanvarından 2015-ci il yanvarın 1-dək davam edəcək.
Gülnarə Zeynalova
www.oxu.az