"Ötən il Dövlət Vergi Xidmətinin (DVX) üzərində olan fiskal daxilolmaların həcmi 24.2 milyard manata çatıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri DVX-nin rəisi Orxan Nəzərli "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, bu da ümumi fiskal yığımların 79.1 faizini təşkil edir:
"2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105.5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102.9 faiz icra edilib. Ümumilikdə dövlət büdcəsinə 16.4 milyard manata yaxın vergi daxilolması təmin edilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard manatı keçib".
Sədr bildirib ki, ötən il ərzində aktiv vergi ödəyicilərinin sayı 6.5 faiz artaraq 860 minə yaxınlaşıb ki, bu da 2019-cu illə müqayisədə 73.2 faiz çoxdur.
Məlik Məlikov