“Parabank” bank olmayan kredit təşkilatına çevrilə bilər.
Oxu.Az APA-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Parabank”ın Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi hüquqi və təşkilati prosesdir. Əgər bankın səhmdarları bununla bağlı qərarını qətiləşdirsə, Palata buna etiraz etmir”, - deyə sədr qeyd edib.