Bildiyiniz kimi, “ExpressPay” terminalları ilə DYP cərimələrini ödəmək daha rahatdır. Belə ki, “ExpressPay” həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələrinin operativ ödəniş imkanını təmin edir.
24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 500-dən artıq sayda quraşdırılmış “ExpressPay” ödəniş terminalları ilə günün istənilən vaxtı cərimələrinizi rahat və sürətli ödəyə bilərsiniz. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.
Ümumiyyətlə, “ExpressPay” hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir.
Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi və s. kimi dövlət rüsumlarını “ExpressPay” terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə, “ExpressPay” terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.
Bundan əlavə, ödəniş terminallarında “Expressbank”a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün “ExpressPay” ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 500 01 32 nömrəsinə zəng vura və ya “WhatsApp” vasitəsilə ismarıc yaza bilərlər.
“Expressbank”ın xidmətləri və “ExpressPay” barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az