Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,32% artaraq bir barelə görə 55,90 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,26% bahalaşaraq 53,15 dollara satılıb.
Qeyd edək ki, bununla belə dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 56,97 və 54,00 dollara satılıb.
U.A.
www.oxu.az