Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qazın maya dəyərinin artmasının səbəbi bəlli oldu - Rəsmi
2016-cı ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 128.77 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə illik hesabatında deyilir. Bildirilir ki, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material və komponent xərclərinin xüsusi çəkisi - 3,2%, əməkhaqqı – 9,9%, sosial sığortalara ayırmalar – 2,0%, amortizasiya ayırmaları – 29,4%, təmir xərcləri 6,5%, texniki xidmət xərcləri – 4,3%, nəqliyyat xərcləri – 17,2%, mədən vergisi – 13,2% və s. təşkil edib.
Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2015-ci illə müqayisədə 7,03 manat (17,7%) artıb: "Neftin maya dəyərinin artması keçən ilə nisbətən əməkhaqqının, sosial sığorta xərclərinin, əsaslı təmir və texniki xidmət üzrə xərclərin, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əməkhaqqı xərcləri 6540 min manat (6,4%), sosial sığorta xərcləri 1521 min manat (7,4%), əsaslı təmir və texniki xidmət üzrə xərclər 17785 min manat (121,3%), digər xidmətlər üzrə xərclər 14489 min manat (40,5%) və digər xərclər 5083 min manat (13,6%) artıb".
Hesabata görə, qazın maya dəyərinin artması keçən ilə nisbətən əməkhaqqının, sosial sığorta xərclərinin, əsaslı təmir və texniki xidmət üzrə xərclərin, nəqliyyat xərclərinin, mühafizə xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əməkhaqqı xərcləri 1757 min manat (7,4%), sosial sığorta xərcləri 352 min manat (7,4%), əsaslı təmir və texniki xidmət üzrə xərclər 6733 min manat (153,5%), nəqliyyat xərcləri 3054 min manat (7,4%), mühafizə xərcləri 306 min manat (7,4%), digər vergilər 730 min manat (7,4%), digər xidmətlər üzrə xərclər 6075 min manat (120,0%) və digər xərclər 4118 min manat (77,5%) artıb.
L.Ə.