Yanvarın 8-də “Qazprom” 2017-ci ilin əvvəlindən yaxın xaricə qaz idxalında - 621,8 milyon kubmetrdən ibarət sutkalıq həcmi ilə yeni üçüncü tarixi rekordunu vurub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Qazprom”un informasiya idarəsi məlumat yayıb.
Hazırki maksimal nəticə bazar ertəsi əldə edilib, bu zaman qazın istifadəsi xarici alıcılar tərəfindən həftə ərzində minimal göstəriciyə enir. Əvvəlki 615,5 milyon kubmetrdən ibarət olan yüksək göstərici yanvarın 6-da qeydə alınıb.
Bundan başqa beş gün ardıcıl olaraq (4-8 yanvar) “Şimal axını” qaz kəməri ilə sutka ərzində 165,2 milyon kumbetr həcmində qaz nəqli həyata keçirilib, bu isə ötən il ilə müqayisədə qaz kəmərinin layihə həcmindən 10% çoxdur.
N.O.
www.oxu.az