Dünya birjalarında neft və qızıl yenidən bahalaşıb.
Oxu.Az xəbər verir ki, WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,50% artaraq, 52,14 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar bahalaşıb. Nəticədə 58,64 dollar olub.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,60 dollar azalaraq, 1 297,10 dolara satılıb.
L.Ə.