Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputat məktəblərdə idman dərslərinin problemlərindən danışdı
Orta məktəb şagirdləri idman dərslərinə laqeyd yanaşırlar, əksər hallarda isə bu dərslərə getmirlər.
Oxu.Az Trend-ə istonadla xəbər verir ki, bunu Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, bu məsələ ilə bağlı Gəncədə böyük irəliləyiş var: “Ancaq digər rayonlarda bu, ciddi problemdir, gənclərimiz oturaq həyat tərzi keçirirlər. Nəticədə, bizdə potensial xəstələr yetişir. Bunlar idman dərslərinə gəlmirlər və yaxud hər hansı bir idman dərnəklərində fəaliyyət göstərmirlər”.
N.Həmzəyev Təhsil Nazirliyi və aidiyyəti qurumlarla məsələnin müzakirə edilməsinin vacibliyini qeyd edib: “Bu məsələni müzakirə edib, monitorinqlər həyata keçirmək lazımdır”.
E.Ə.
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı
- Deputat: "Beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin strateji, etibarlı dövlət kimi nüfuzunu artırıb"
- Əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı pulsuz olsun - TƏKLİF
- Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul etdi
- Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"