Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti tərəfindən adı “qara siyahı”ya salınan Rüstəm Maqomedoviç Aselderovun Rusiyada xüsusi əməliyyat nəticəsində öldürüldüyü məlum olub.
Oxu.Az-ın məlumatına görə, APA Rusiya mətbuatına istinadən xəbər verir ki, terrorçu dekabrın 3-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən Dağıstanda həyata keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.
Məlumata əsasən, R.Aselderov İŞİD-in terror qruplaşmasının Qafqaz üzrə rəhbəri olub.
Antiterror əməliyyatı zamanı onunla birgə daha 4 yaraqlı da məhv edilib.
10:52
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin dekabrın 12-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Bu barədə Palatadan Oxu.Az-a verilən məlumata görə, ümumi siyahı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq yenilənib.
Məlumata görə, 1 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxs Rusiya vətəndaşı Rüstəm Maqomedoviç Aselderovdur.
Ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.
U.A.
www.oxu.az