Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 31-ə olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,9165 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin növbəti valyuta hərracına (sabaha - red.) qədər sabit qalması deməkdir.
Qeyd edək ki, dolların məzənnəsində sonuncu dəfə rekord bu gün qeydə alınıb. Belə ki, bu gün də USD/AZN məzənnəsi 1,9165 manat olub.
U.A.
www.oxu.az