“Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) hələlik Beynəlxalq Bankda (ABB) yerləşdirdiyi depozitin həcmini artırmaq niyyəti yoxdur”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
“Dövlət Neft Fondunun ümumi aktivlərinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanı var. Hazırda Azərbaycan Beynəlxalq Bankında 1 milyard dollar həcmində depozit yerləşdirilib.
Yarım milyarda qədər əlavə depozit yerləşdirmə imkanı var. Hazırda belə plan yoxdur, amma bu, mümkündür”, - deyə icraçı direktor əlavə edib.
Ş.Mövsümovun sözlərinə görə, Fondun Azərbaycanın digər banklarında depozit yerləşdirmək planı yoxdur.
U.A.
www.oxu.az