“Dövlət Neft Fondunun 2017-ci il büdcəsində xam neftin bir barelinin satış qiyməti 40 ABŞ dolları səviyyəsində təsdiq edilib.
Eyni zamanda beynəlxalq institutlar cari il üzrə neftin dünya bazarlarında qiymətlərinin 40-60 ABŞ dolları civarında dəyişəcəyini proqnozlaşdırır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov APA-ya müsahibəsində deyib.
“Hal-hazırda isə neftin qiyməti 55 ABŞ dolları ətrafında dəyişir. Bütün bunları nəzərə alaraq, cari ilin sonuna Fondun büdcə xərcləri tam icra olunduğu təqdirdə, ilin sonuna Neft Fondunun aktivlərinin ilin əvvəli ilə müqayisədə kəskin dəyişməyəcəyini proqnozlaşdırmaq olar”.
U.A.
www.oxu.az