Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Salvador prezidentindən əhalinin rəyi əleyhinə qərar: Hər günə bir bitkoin - FOTO
Salvador sabahdan etibarən hər gün bir bitkoin almağa başlayacaq.
Bu barədə respublikanın lideri Nayib Bukele özünün “Twitter” hesabında bildirib.
We are buying one #Bitcoin every day starting tomorrow.
— Nayib Bukele (@nayibbukele) November 17, 2022
“Bitcoin Treasuries” saytının məlumatlarına görə, Salvadorun sərəncamında artıq 2,38 min bitkoin var (“Binance” kriptovalyuta birjasına görə, bir bitkoin 16 570 dollar (təqribən 28 169) dəyərindədir).
Mərkəzi Amerika Universitetinin (UCA) oktyabrın ikinci yarısında dərc etdiyi hesabata əsasən, salvadorluların 77,1%-i Prezident Bukelenin dövlət pulu ilə bitkoin almağa davam etməsini istəmir.
Xatırladaq ki, iyun ayında Salvadorun Qanunvericilik Assambleyası bitkoinin ölkənin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verən qanunu təsdiqləyib.
Mənbə: Gazeta.ru