Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şəhid ailələri üçün birdəfəlik ödənişin müraciət qaydaları açıqlandı
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və ya ölmüş elan edilmiş şəhid ailələri üçün birdəfəlik ödəniş verilməsi üçün müraciət qaydaları açıqlanıb.
Oxu.Az xəbər verir ki, şəhidlərin adları artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin veb portalına daxil edilib.
Vərəsəlik hüququ təsdiq edilmiş şəxslərə birdəfəlik ödəniş veriləcək. Ödənişin məbləği 11 min manatdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevFoto: Ramil Zeynalov / Oxu.Az
Nazir Sahil Babayevin sözlərinə görə, ödənişlərin verilməsinə bir aydan sonra başlanacaq. Çünki proseslər müəyyən mərhələlər üzrə həyata keçiriləcək. Ümumilikdə, bu il bu məqsədlə 58 milyon manat ayrılıb.
Ödənişlər bu il və gələn ili əhatə edəcək. Nazir hesab edir ki, ilkin çətinlik vərəsəlik şəhadətnaməsi ilə bağlı ola bilər. Könüllü olaraq razılaşma olmadıqda isə artıq vərəsəlik hüququnun bölgüsü baş verəcək. Yəni 11 min manat vərəsələr arasında bölünəcək.