Azərbaycanda hazırda 650 min vergi ödəyicisi mövcuddur.
Oxu.Az xəbər verir ki, bu barədə vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev bildirib.
Onun sözlərinə görə, vergi ödəyicilərinin sayının az olmasına baxmayaraq, işin həcmi çoxdur.
Akif Musayev bildirib ki, səyyar yoxlamaların sayı azalıb.
“Bu 10 ölkədə tətbiq olunan elektron-audit sistemi ilə əlaqədardır”, deyə müşavir bildirib.
Elektron ticarətə verginin tətbiqinə toxunan akif Musayev deyib ki, bu sahədə dərin araşdırmalar aparmaq alzımdır.
“Elektron ticarətlə məşğul olan şəxslər bir ölkədən məhsulu alıb digərinə satır. Bu sahədə vergi tutmanın hansı ölkədə həyata keçirilməsi bilinmir,” deyə o bildirib.