2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459 mln. 900 min manat məbləğində sığorta haqları toplanıb, 145 mln. 900 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Oxu.Az-a bildirilib ki, Könüllü sığorta bazarı üzrə haqlar 334 mln. 500 min manat, ödənişlər isə 107 mln. 500 min manat təşkil edib.
İcbari sığorta bazarı üzrə haqlar 125 mln. 400 min manat, ödənişlər isə 38 mln. 400 min manat olub.
O ki qaldı şirkətlər üzrə hesabat dövründə toplanan sığorta haqlarına, şirkətlərin daxilolmalarının rekinqi aşağıdakı kimi olub:
| Sığortaçının adı | Sığorta Haqları (min manatla) |
| “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 167,728.9 |
| “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 89,478.1 |
| Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 36,490.3 |
| “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 32,121.0 |
| “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 23,073.1 |
| “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 16,303.5 |
| “İpək Yolu Sığorta” ASC | 15,417.9 |
| “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 12,593.3 |
| “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 11,412.9 |
| “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti | 10,326.0 |
| “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 9,096.4 |
| “Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti | 8,707.4 |
| “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 8,432.6 |
| “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 5,007.1 |
| “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 4,283.4 |
| “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 3,859.6 |
| “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 3,616.1 |
| “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 870.3 |
| “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 655.0 |
| “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 228.4 |
| “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti | 150.0 |