“Avtomobil sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılmasına ehtiyac yoxdur”.
Oxu.Az “Marja”-ya istinadən məlumatına görə, bunu jurnalistlərə İcbari Sığorta Bürosunun İcraçı direktoru Elxan Quliyev bildirib.
“Digər ölkələrdə zərərlilik 98-99%-ə çatıb. Bizdə zərərlilik bu qədər yüksək deyil. Şirkətlərdə ən böyük problem agentlərə ödənilən komissiyalar ilə əlaqədardır. Bununla bağlı müvafiq tədbirlər görülür”,- deyə o deyib.
Qeyd edək ki, devalvasiyalardan sonra idxal olunan ehtiyat hissələri bahalaşdığından avtomobillərin təmiri sığorta şirkətlərinə bir qədər baha başa gəlir. Bununla bağlı olaraq tez-tez-sığorta haqlarının artırılması gündəmə gəlir.
Tələbə görə, sığorta şirkətləri agentlərə 15% komissiya ödəməlidirlər. Lakin reallıqda ödənilən komissiya 35-40%-ə çatır.