Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şirkət direktoru: "Anbar tikintisi üçün təklif olunan qiymətlər çox yüksəkdir"
"Azərbaycanda tikinti şirkətləri anbar tikintisi üçün çox yüksək qiymətlər təklif edirlər".
Oxu.Az xəbər verir ki, bunu şirkət rəhbərlərindən biri Samir Rzayev logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş "CEO MeetUp Logistics&Trade" adlı tədbirdə deyib.
O bildirib ki, infrastruktur olmasa, logistika sahəsi inkişaf edə bilməz:
"Anbar sahəsində üç əsas problem var. Bunlara müasir anbarların olmaması, kadr çatışmazlığı və texnologiyanın inteqrasiyasını misal göstərmək olar. Müasir anbarların tikilməsi üçün qiymətlər çox bahadır və işə təsir göstərir. Azərbaycanın beynəlxalq dəhlizlərin kəsişməsində yerləşdiyini nəzərə alsaq, müasir anbarların olması böyük əhəmiyyət kəsb edir".
Nəzrin Vahid