2015-ci ilin yanvar-mart ayları ərzində 2062,2 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Həmin dövrdə Ağstafa, Füzuli, Ağcabədi, Ağsu, Cəlilabad, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Şamaxı, Lənkəran, Astara, Şabran və Zaqatala rayonları üzrə 18 yaşayış məntəqəsi qazlaşdırılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, şirkət tərəfindən bu işlər “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
Ülviyyə R. Əli
www.oxu.az