SOCAR bölmələrinin yenidən strukturlaşdırılması prosesi çərçivəsində Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.
Oxu.Az “İnterfax- Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadovun KİV-lərə göndərdiyi məktubda deyilir.
“Yenidən strukturlaşdırılma prosesi ilə əlaqədar şirkətin Vyanadakı rəsmi nümayəndəliyi artıq fəaliyyət göstərmir”, - deyə məktubda bildirilir.
SOCAR xərclərin azaldılması məqsədilə 2016-cı ildə xarici ölkələrdəki nümayəndəliklərini bağlamağa başlayıb.
U.A.
www.oxu.az