2014-cü ilin iyun ayı ərzində SOCAR (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9908 metr qazma işi həyata keçirib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9875 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 72130 metr qazma işi görülüb ki, bunun da 70502 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.
Gülnarə Zeynalova
www.oxu.az