SOCAR avqust ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,64 dollara, Urals nefti 51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,05 dollara satılıb.
Xatırladaq ki, iyulda dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,56 dollara, Urals nefti 47,92 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,34 dollara satılıb.
L.Ə.