Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SOCAR-ın Türkiyədəki NEZ-i ötən il ümumi enerji istehlakının təxminən 2%-nə qənaət edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) ötən il həyata keçirdiyi layihələr sayəsində ümumi enerji istehlakının təxminən 2%-i qədər enerjiyə qənaət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" məlumat yayıb.
Bildirilib ki, STAR NEZ, həmçinin, ötən il karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına nail olub. Enerji və emissiya qənaətinə səbəb olan layihələr arasında hidrogen istehsalı qurğusunda buxar-karbon nisbətinin və hidrogen halqasının optimallaşdırılması, DCU qurğusunda isti yükləmənin maksimallaşdırılması ilə yanacağa qənaət, kondensat temperaturunun artırılması, eləcə də zavodun buxar tələlərinin idarəetmə sistemində qənaət işləri yer alır.
Bunun nəticəsində STAR NEZ Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi 24-cü Sənaye Enerji Effektivliyi (SENVER-24) Layihə Müsabiqəsində öz kateqoriyasında birinci yeri qazanıb.
Qeyd edək ki, STAR NEZ-in təməli 2011-ci il oktyabrın 5-də qoyulub, açılışı isə 2018-ci il oktyabrın 19-da baş tutub. Zavod 2019-cu ilin sentyabrından tam gücü ilə fəaliyyət göstərir. İllik 13 milyon ton xam neft emalı gücünə malik müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növləri emal olunur. Zavodun əsas məhsulları dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol və neft koksundan ibarətdir.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır
- Təbii qaz üçün tariflər bu gündən yeni qayda ilə hesablanır
- Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir